Gənclər üçün CV nümunələri


Rezume və ya CV (ingilis dilində tərcümeyi-halın xülasəsi) forması iş axtarışında olan iddiaçı haqqında yığcam halda şəxsi məlumat, təhsili, tutduğu vəzifələrin xülasəsidir. Səliqəli yazılmış CV forması uğurun 50%-ni təşkil edir. CV forması elə yazılmalıdır ki, işəgötürən bu sənədi oxuduqdan sonra Sizi müsahibəyə dəvət edib şəxsən görüşmək istəsin. Bununla əlaqədar olaraq rezumenin yazılışında Sizi digər namizədlərdən fərqləndirəcək bir çox psixoloji amilləri də nəzərə almaq lazımdır.
İşəgötürənlər adamın nə edə biləcəyinə görə yox, sadəcə nə istehsal edəcəyinə, yəni hazır məhsula görə pul verirlər. Buna görə də artıq əldə olunmuş bilik və bacarıqlarınızı açıq göstərmək çox vacibdir, hansılar ki, keçmiş iş yerlərinizdə uğurlar gətirmişdir. Rezume yazarkən iş yerlərinizdə qazanmış və biləvasitə işinisə xeyir gətirmiş nailiyyətləri qeyd etmək tam məqsədəuyğun hesab olunur.
Bir çox CV formalarında şəkil yerləşdirmək ənənə halını alıb. Belə olduqda şəkil dokument xarakterli, rəngli və ya ağ-qara olmalıdır. Bu Sizin ciddiliyinizdən xəbər verəcək.

Rezumenin  əsas məqsədi potensial işəgötürənin diqqətini cəlb etmək olduğuna görə, o aşağıdakı şərtlərə yaxın olmalıdır:
  • Qısa (bir səhifədən çox olmamalı, ən uzağı iki);
  • Kompyuterdə səliqəli hazırlanaraq keyfiyyətli printerdə ağ kağızda çap olunmalı;
  • Oxumaq üçün rahat olmalı (müxtəlif şriftlər tətbiq olunmalı, müasir dizayna malik olmalı, və s.)
Hər bir Rezumeni nəzərdən keçirmək üçün sərf olunan vaxt 2-3 dəqiqədən çox olmur və əgər CV forması diqqəti cəlb etmədisə, deməli Rezumenin təqdimatı baş tutmadı.
CV formasının hazırlanması bu prinsiplərə arxalanmalıdır:
  • Seçim (rezumenin məqsədinə uyğun gələn informasiyanı müəyyənləşdirmək);
  • Dürüstlük (hər bir informasiyanı dəqiqləşdirmək və yoxlamaq mümkündür);
  • Aktivlik (aktivliyə işarə edən fel istifadə edin: rəhbərlik edirdim, təlim keçirdim, layihələşdirirdim, planlaşdırırdım və s.)
Əgər tərtib etdiyiniz CV forması bu tələblərə cavab verərsə, fəaliyyət sahənizdən asılı olmayaraq sizin haqqınızda bir çox şeyi deyə bilər. 
Sizə Gənclərin İnkişaf Portalı tərəfindən 5 CV forması təqdim edirik. Hər hansı bir çətinliklə qarşılaşdıqda bizim sosial şəbəkə hesablarımızdan yazıb, müraciət edə bilərsiniz. 

CV nümunələri: