“Sabahın müəllimləri” layihəsi - Tələbələrə YENİ imkan!



Təhsildə Araşdırma və İnkişaf Mərkəzi tələbələr üçün “Sabahın müəllimləri” layihəsinin qeydiyyatına start verdi.
TAİM-in direktoru İlkin Həsənovun rəhbərliyi ilə reallaşan layihə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na dəstək xarakteri daşıyır. Məqsədi müasir təhsil anlayışına yiyələnmiş, xarici dildən və kompüter texnologiyalarından yüksək səviyyədə istifadə bacarıqlarına sahib, inkişafa açıq, yeniliyə meyilli, XXI əsr bacarıqlarını və səriştələrini mənimsəmiş müəllimlər yetişdirməkdir.
Layihənin sonunda seçilmiş tələbələr:
İngilis dili səviyyələrini B2-yə (intermediate level) çatdıracaqlar (bu onlara öz ixtisasları üzrə araşdırma etməyə, özlərinin müstəqil şəkildə peşəkar inkişafını təmin etməyə kömək edəcəkdir);
TAİM-in direktoru İlkin Həsənovun mentorluğu ilə Pedaqogika sahəsində yeniliklərdən xəbərdar olacaq, Blum, Vıqotski, Piaje, Qardner, Con Dyu, Bandura, Skinner, Marzano və s. kimi alimlərin təcrübəsini və tədqiqatlarını araşdıracaqlar;
Araşdırma etmək, layihə hazırlamaq, təqdimat etmək, komanda ilə işləmək bacarığına sahib olacaqlar;
Kritik və yaradıcı düşüncəyə sahib olacaq, əməkdaşlıq edə bilmə, ünsiyyət qurma, problem həlletmə və digər XXI əsr bacarıqlarını əldə edəcəklər;
İxtisasları üzrə yüksək bilik və bacarıqlara sahib olacaqlar;
Layihəni uğurla bitirənlərin işlə təmin olunma imkanı olacaqdır.
Layihə ali təhsil müəssisələrinin (universitetlər) müəllimlik, sosial iş, təhsildə sosial və psixoloji-xidmət ixtisasları üzrə təhsil alan 2 və 3-cü kurs tələbələri üçün nəzərdə tutulub.
Layihəyə seçim 3 mərhələdə aparılacaqdır:
I mərhələdə namizəddən öz şəxsi məlumatlarını qeyd etmək və esse yazmaq tələb olunur (esse mövzusu qeydiyyat linkində qeyd olunmuşdur;
II mərhələdə seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar;
III mərhələdə isə seçilmiş namizədlər esse mövzusu üzrə hazırladıqları təqdimatla çıxış edəcəklər.
Təhsildə Araşdırma və İnkişaf Mərkəzi (TAİM) “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na dəstək olmaq məqsədilə yaradılmışdır.
Bizim əsas missiyamız müasir dövrdə tələb olunan bacarıqlara yiyələnmiş, inkişafa açıq təfəkkür tərzinə sahib, ömür boyu öyrənən, kritik və yaradıcı düşüncəyə malik, əməkdaşlıq edə və ünsiyyət qura bilən səriştəli vətəndaş yetişdirməkdir.
 Qeydiyyat linki: https://forms.gle/YmAhijryzUu3dDvL9
🔷QEYD: QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN SON TARİX 01.10.2019 TARİXİDİR. "SABAHIN MÜƏLLİMLƏRİ" TƏCRÜBƏ PROQRAMINDA İŞTİRAK TAMAMİLƏ ÖDƏNİŞSİZDİR!
📱 +994558434131
 info@taim.az
📍 Nərimanov metrosunun yanı, Əhməd Rəcəbli 4/6