CGpoll AK koordinator seçimlərinə başladı!




“CGpoll” Araşdırma Komandası koordinator seçimlərinə başlayır. Yüzlərlə gəncdən ibarət araşdırma komandası olan “CGpoll” yerli və beynəxalq tədqiqat şirkətlərinin ölkə ərazisində keçirilən sorğu layihələrinə dəstəkçi komanda olaraq qatılır.

Gənclər, komandamıza təhsil aldığınız təhsil müəssisəsi üzrə coordinator kimi qoşulmaqla layihələrdə supervayzer kimi təşkilatçı heyətin bir üzvü ola biləcək, əhatə dairəni daha da genişləndirə, təcrübə, komanda işi və idarəetmə bacarıqlarını inkişaf etdirə biləcəksiniz.

Tələblər:
-        -  2,3,4-cu kurs tələbələri (ali və ya orta ixtisas təhsili müəssisələrindən)
-         - Oxuduğu təhsil müəssisəsi üzrə ən azı bir təşkilatda müəyyən vəzifəsinin olması,
-         - Motivasiyası yüksək və inkişafyönümlü fəal gənc olmalı,

Qeyd: Koordinatorlar arasında rəqabətlilik prinsiplərinə əsasən, növbəti il koordinatorlardan bir nəfər “İlin tədqiqatçı koordinatoru” naminasiyası və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Son müraciət tarixi: 20 oktyabr 2019
Hər hansı bir sualınız olarsa, aze@cgpoll.info elektron poçtuna müraciət edə bilərsiniz.