“CGpoll” Araşdırma Komandası üzv qəbuluna başlayır



“CGpoll” Araşdırma Komandası üzv qəbuluna başlayır. Yüzlərlə gəncdən ibarət araşdırma komandası olan “CGpoll” yerli və beynəxalq tədqiqat şirkətlərinin ölkə ərazisində keçirilən sorğu layihələrinə dəstəkçi komanda olaraq qatılır.
Gənclər, komandamızın üzvü olmaqla layihələrdə iştirak edib dünyagörüşlərini və ünsiyyətqurma bacarıqlarını inkişaf etdirir, həm də təcrübə əldə edirlər. Bütün layihələrimizdə üzvlərimizin qidalanma və nəqliyyat xərcləri qarşılanır və bir sıra faydalı imkanlar yaradılır.

Komandamıza qoşulmaqla əldə edəcəksiniz:
-        - Ünsiyyət bacarığı,
-         - Tədqiqat bacarığı,
-         - Komanda işi,
-         - Tələbələr üçün dərsdən sonra iş imkanı,

Komandamıza üzv olub layihələrdə iştirak etmək istəyirsinizsə, www.cgpoll.info websaytına daxil olub, qeydiyyatdan keçməyiniz kifayətdir. Daha sonra üzvlüyə qəbul edildiyiniz təqdirdə sizə elektron poçt göndəriləcək.

Hər hansı bir sualınız olarsa, aze@cgpoll.info elektron poçtuna müraciət edə bilərsiniz.