Tələbələr üçün əla fürsət!




Dəyərli tələbələr,
ELSA tərəfindən səkkizinci dəfədir təşkil olunan European Human Rights Moot Court Competition’a (EHRMCC) komanda göndərilməsi üçün artıq qeydiyyat başlamışdır. Bu yarışmada iştirak edən tələbələr Avropa İnsan Hüquqları
Məhkəməsində məhkəmə prosesinin hansı prosedur çərçivəsində həyata keçirildiyini
və qərarların hansı meyar və əsaslara görə qəbul edildiyini daha dərindən mənimsəmiş olacaqlar.
Komandaların seçim mərhələsi müsahibə yolu ilə aparılacaqdır. Seçilən hər bir komanda üçün “Coach” təyin olunacaqdır. Şifahi çıxış mərhələsinə keçmək üçün komandalar memorandum mərhələsini uğurla başa vurmalıdırlar. Final raunduna çıxma şansı qazanan komandalar Fransanın Strasburq şəhərində çıxış edəcəklər.
İştirakçılara qoyulan tələblər:
1. 15 sentyabr 2019-cu il 23:59 tarixinədək qeydiyyatdan keçməlidirlər;
2. EHRMCC’də yalnız hüquq tələbələri (bakalavr - 2 və daha yuxarı kurslar - və magistr) iştirak edə
bilər.
Aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:
Ətraflı məlumat üçün: https://ehrmcc.elsa.org
Hər hansı sualınız olarsa, mootcourts@az.elsa.org ünvanına müraciət edə bilərsiniz.
Uğurlar!